...

"Crocus City Hall" ərazisi hələ də mühasirədədir

Dünya xəbərləri Materials 23 Mart 2024 09:37 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə terror aktının baş verdiyi "Crocus City Hall"ın ərazisi hələ də mühasirədədir.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, konsert zalının yerləşdiyi ərazi çevik qüvvələr tərəfindən mühasirəyə alınıb, binanın ətrafında bir neçə yanğınsöndürən maşın var. Binanın içərisində xilasedicilər və istintaq orqanlarının əməkdaşları çalışır.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlandırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə, azı 60 nəfər ölüb, 140-dan çox yaralanan var.

Xəbər lenti

Xəbər lenti