...

“Crocus City Hall”da törədilən terror aktında təqsiri olanlar cəzasız qalmayacaq - Patruşev

Dünya xəbərləri Materials 23 Mart 2024 12:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Crocus City Hall”da törədilən terror aktında təqsiri olanlar cəzasız qalmayacaq.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

"Crocus City Hall"da törədilən terror aktı göstərdi ki, terrorizm ümumi təhlükəsizlik üçün təhdiddir və onunla mübarizəyə yönəlmiş səylərin əlaqələndirilməsini tələb edir", - o deyib.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlandırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə azı 60 nəfər ölüb, 140-dan çox yaralanan var.

Hüquq-mühafizə orqanları tərəfindən terror aktında iştirak edən 11 nəfər, o cümlədən 4 terrorçu saxlanılıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti