Bakı. Trend:
Xilasedicilər "Crocus City Hall"da dağıntıları təmizləməyə başlayıblar.
Trend Rusiyanın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğının söndürülməsi davam edir.
Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlandırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə azı 60 nəfər ölüb, 140-dan çox yaralanan var.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən, 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.
