Bakı. Trend:
"Crocus City Hall"da tavanın qalıqlarının çökmə təhlükəsi var.
Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov deyib.
"Crocus City Hall"da dağıntıların təmizlənməsinə 719 mütəxəssis və 213 ədəd texnika cəlb olunub. "Crocus City Hall"da dağıntıların təmizlənməsi hələ ən azı bir neçə sutka davam edəcək", - deyə o əlavə edib.
Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.
Terror aktında ölənlərin sayı 115 nəfərə çatıb.
İlkin məlumata görə, "Crocus City Hall"da insanların ölüm səbəbləri odlu silahdan açılan atəş və yanma məhsulları ilə zəhərlənmə olub. Terrorçular "Crocus City Hall"da zalı yandırmaq üçün tezalışan mayedən istifadə ediblər.
Terrorçular əvvəlcə hücum zamanı avtomat silahdan istifadə ediblər, silah istintaq əməkdaşları tərəfindən aşkarlanıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)
