Bakı. Trend:
Avstraliya hökuməti ilk dəfə ölkədə köləliyə qarşı xüsusi komissar vəzifəsi yaradaraq, Walk Free beynəlxalq hüquq müdafiə təşkilatının rəhbəri Kris Evansı bu vəzifəyə təyin edib.
Trend xəbər verir ki, bu barədə məlumatı ölkənin baş prokuroru Mark Dreyfus açıqlayıb.
Baş Prokurorun mətbuat xidməti tərəfindən yayımlanan bəyanatda qeyd edilir ki, Avstraliyanın köləliyə qarşı ilk komissarı beş illik müddətə 2 dekabr 2024-cü ildə fəaliyyətə başlayacaq. “Müasir köləlik insan alveri, məcburi evlilik, məcburi əmək, saxta işə cəlb etmə və borc əsarəti kimi istismar formalarını əhatə edir. Köləliklə Mübarizə Müvəkkili Avstraliya hökumətinin köləliyin qarşısını almaq və köləlik qurbanlarına dəstək vermək səylərini istiqamətləndirəcək və əlaqələndirəcək,” - deyə Dreyfus bildirib.
O, həmçinin qeyd edib ki, Avstraliya hakimiyyəti yeni komissarın və onun ofisinin işini dəstəkləmək məqsədilə 8 milyon Avstraliya dolları (5,3 milyon dollar) ayırıb.
