Bakı. Trend:
Aktivlərə və bazar kapitallaşmasına görə Böyük Britaniyanın ən böyük bankı olan "HSBC" bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyi dayandıracağını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə bankın saytında məlumat verilib.
"Rusiya və ya Belarusu əhatə edən HSBC vasitəsilə həyata keçirilən hər hansı ödənişlər əlavə nəzərdən keçirilmək üçün saxlanıla bilər və rəyimizə uyğun olaraq rədd edilə və vəsait geri qaytarıla bilər", - deyə bankdan əlavə ediblər.
Bank müştərilərinə “alternativ variantlardan istifadə etmək” tövsiyə olunub.