...

Mərmərə və Egey dənizləri üçün fırtına xəbərdarlığı verilib

Dünya xəbərləri Materials 30 Noyabr 2024 15:51 (UTC +04:00)
Mərmərə və Egey dənizləri üçün fırtına xəbərdarlığı verilib
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Türkiyənin Mərmərə və Şimali Egeydə küləyin şimal istiqamətdən, Cənubi Egeydə isə cənub istiqamətdən fırtına şəklində əsəcəyi gözlənilir.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Proqnozlara görə, Şimali Egeyin şimalında külək sabahın erkən saatlarından etibarən şimal və şimal-şərqdən 6-8 bal gücündə (saatda 50-75 km sürətlə) fırtına şəklində əsəcək. Cənubi Egeynin şimalında isə küləyin cənub və cənub-şərqdən eyni gücdə əsəcəyi gözlənilir.

Qeyd edək ki, fırtınanın Mərmərə dənizində bazar ertəsi günü səhər saatlarında, Egeydə isə günorta saatlarında təsirini itirəcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti