...

Türkiyə və ABŞ Suriya məsələsində razılığa gəldi

Dünya xəbərləri Materials 13 Dekabr 2024 15:30 (UTC +04:00)
Türkiyə və ABŞ Suriya məsələsində razılığa gəldi
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında 13 dekabr tarixində Türkiyə Xarici İşlər Nazirliyində görüş baş tutub.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüşdən sonra təşkil edilən mətbuat konfransında hər iki tərəf "Suriyada sabitlik" mövzusuna xüsusi diqqət çəkib.

“Suriyada sabitliyin tez bir zamanda təmin edilməsi, terrorun yer almaması, İŞİD və PKK-nın təsirinin qarşısının alınması bizim prioritetlərimizdədir. Bununla bağlı hansı addımları ata bilərik? Ortaq narahatlıqlarımız və bu narahatlıqlara ortaq həll yollarımız nələrdir? Bunları ətraflı müzakirə etdik”, – deyə H.Fidan qeyd edib.

Türkiyə, ABŞ və bölgədəki digər ölkələrin Suriyada nə edə biləcəklərini müzakirə etdiklərini vurğulayan E.Blinken ölkənin gələcəyi ilə bağlı ümumi razılığın olduğunu ifadə edib.

E.Blinken azlıqların və qadınların hüquqlarını qoruyan, dövlət institutlarını saxlayaraq xalqa xidmət göstərən, kimyəvi silahların ləğv edildiyi, radikal qrupların təsirinə yol verməyən bir Suriya rəhbərliyini dəstəklədiklərini bildirib.

O əlavə edib ki, belə bir rəhbərlik Suriyanın qonşularına və ətraf ölkələrə təhlükə yaratmamalıdır.

E.Blinken yeni idarəetmənin Suriya xalqının iradəsini və istəklərini ən yaxşı şəkildə əks etdirməli olduğunu vurğulayıb.

O, bu cür idarəetmənin Suriyada uzun illər davam edən korrupsiya, diktatorluq və münaqişələrdən sonra beynəlxalq dəstək və tanınma qazanacağını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti