Bakı. Trend:
Bütün Belarus diplomatları Suriyanı tərk edib.
Trend-in məlumatına görə, bu barədə Belarus Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Belarus XİN diplomatlarının geri qayıtmasını təmin edən rusiyalı həmkarlarına minnətdarlığını bildirib.
Bundan əvvəl Rusiya tərəfi Dəməşqdəki diplomatik missiyasının əməkdaşlarının bir hissəsini təxliyə etmək qərarına gəlib.