Bakı. Trend:
Avropa diplomatiyasının yeni rəhbəri Kay Kallasın sədrliyi ilə ilk dəfə toplanacaq Aİ Xarici Əlaqələr Şurası bazar ertəsi Brüsseldə Ukraynaya yardım, Gürcüstandakı vəziyyət və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.
Trend xəbər verir ki, şura iclasının materiallarına əsasən, Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi cari beynəlxalq hadisələrə həsr olunmuş bölmədə Belarusda 2025-ci il yanvarın 26-na təyin edilmiş prezident seçkiləri mövzusuna toxunacaq.
Ukrayna ilə bağlı müzakirələrdə Kiyevə əlavə hərbi dəstək və Rusiya Federasiyasına qarşı sanksiyalar müzakirə olunacaq. Ukrayna xarici işlər naziri Andrey Sibiqanın videokonfrans vasitəsilə qısa çıxışından sonra şura Ukraynadakı son hadisələri müzakirə etməyə başlayacaq.
Şuranın Rusiyaнф qarşı 15-ci məhdudlaşdırıcı tədbirlər paketini qəbul edəcəyi gözlənilir.