...

Türkiyədən Türkmənistana tekstil məhsulları ixracı azalıb

Dünya xəbərləri Materials 20 Dekabr 2024 10:54 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin Türkmənistana tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 11 milyon 718 min 69 dollara çatıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə Türkmənistana 1 milyon 41 min 66 dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 6,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 8,7 milyard dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 856 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən noyabr ayı ilə müqayisədə 6,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 9 milyard 478 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti