...

ABŞ-nin yeni administrasiyası müdafiə sahəsində genişmiqyaslı dəyişikliklərə başlayır

Dünya xəbərləri Materials 27 Yanvar 2025 21:42 (UTC +04:00)
ABŞ-nin yeni administrasiyası müdafiə sahəsində genişmiqyaslı dəyişikliklərə başlayır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin yeni administrasiyası ölkədə İsrailin “Dəmir Qübbə” sisteminə bənzər raketdən müdafiə sisteminin yaradılması, Pentaqonda müxtəliflik proqramlarının dayandırılması və COVID-19 peyvəndindən imtina etdiyinə görə ordudan tərxis olunan hərbçilərin bərpasını nəzərdə tutan fərmanlar hazırlayır.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin yeni müdafiə naziri Pit Heqset Pentaqona gəlişi zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Bu gün əlavə fərmanların qəbul ediləcəyi gözlənilir və biz bunu tam dəstəkləyirik”, - deyə Heqset vurğulayıb. Onun sözlərinə görə, sərəncamlar ABŞ Müdafiə Nazirliyində müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) proqramlarının ləğvini, COVID-19 ilə bağlı məhdudiyyətlər səbəbindən ordudan uzaqlaşdırılan hərbçilərin bərpasını və ölkədə yeni raketdən müdafiə sisteminin yaradılmasını əhatə edəcək.

“Bu, tez bir zamanda həyata keçiriləcək,” - deyə nazir bildirib və fərmanların icrasını qısa zamanda təmin edəcəyini vurğulayıb.

Eyni zamanda, Heqset-ə 2021-ci ildə ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılması ilə bağlı sual ünvanlanıb. O, bu məsələ ilə bağlı “hesab verməyə hazır olduğunu” qeyd edib.

Xəbər lenti

Xəbər lenti