Bakı. Trend:
İranın Astara gömrük-keçid məntəqəsində təxminən 64 kiloqram narkotik maddə aşkarlanıb.
Trend-in məlumatına görə, bunu İranın Gilan Astara baş gömrük idarəsinin rəhbəri Nadir Ənsarian yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, yük maşınında bolqar bibəri yükünün içinə yerləşdirilmiş marixuana narkotik maddəsi Astara gömrük mühafizə əməkdaşlarının səyi nəticəsində aşkarlanıb.
Gömrük rəsmisi Astara rayon məhkəməsində cinayət işinin açıldığını deyib.