...

İtaliyanın bir neçə şəhərində hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

Dünya xəbərləri Materials 19 İyul 2025 14:16 (UTC +04:00)
İtaliyanın bir neçə şəhərində hava şəraiti ilə bağlı xəbərdarlıq verilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyada müşahidə olunan anomal istilərə görə bəzi bölgələrdə narıncı hava xəbərdarlığı verilib.

Trend xəbər verir ki, Səhiyyə Nazirliyi paytaxt Roma, eləcə də, Palermo, Peruccia, Bari, Kalyari və Kampobassoda narıncı xəbərdarlıq elan edib.

Temperaturun artması ilə əlaqədar xroniki xəstələrə və həssas insanlara xəbərdarlıq olunub. Ürək xəstələrinə xüsusilə diqqətli olmaları tövsiyə edilib. Əhaliyə kölgə yerlərdə qalmaq, günvurmadan qorunmaq tövsiyə olunub.

Bəzi bölgələrdə havanın temperaturunun 40 dərəcəyə çatacağı gözlənilir. Eyni zamanda, ölkə üzrə günvurma şikayəti ilə müraciət edənlərin sayı artıb.

Xəbər lenti

Xəbər lenti