...

Türkiyədə iş yerində qidadan kütləvi zəhərlənmə

Dünya xəbərləri Materials 19 İyul 2025 16:45 (UTC +04:00)
Türkiyədə iş yerində qidadan kütləvi zəhərlənmə
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İzmir şəhərində yerləşən keramika fabrikinin 68 işçisi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Trend bu barədə DHA agentliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, hadisə işçilərin zavodda nahar etməsindən sonraya təsadüf edib. Onlar ürəkbulanma və qusma şikayəti ilə xəstəxanaya müraciət edirlər.

Bəzi işçilər ambulator müalicə üçün evə buraxılıb, halı pis olanlar isə müalicələrini xəstəxanada davam etdirəcəklər.

İşçilərin yedikləri yeməklərdən müayinə üçün nümunələr götürülüb, hüquq-mühafizə orqanları insidenti araşdırır.

Xəbər lenti

Xəbər lenti