Bakı. Trend:
Moldova Mərkəzi Seçki Komissiyası (MSK) oliqarx İlan Şorun rəhbərlik etdiyi rusiyayönlü “Pobeda” blokunun 2025-ci il parlament seçkilərində iştirakını qeydiyyata almaqdan imtina edib.
Trend xəbər verir ki, bu barədə məlumatı RBC.ua yayıb.
Qərar səs çoxluğu ilə qəbul olunub. MSK-nın qərarına əsasən, blokun qeydiyyatından imtina edilməsinə səbəb siyasi qüvvə tərəfindən çoxsaylı qanun pozuntularının aşkarlanması olub.
Moldovada parlament seçkiləri 2025-ci il sentyabrın 28-nə təyin edilib. Hazırkı parlamentin mandatı 2025-ci il iyulun 11-də başa çatacaq.
Qeyd edək ki, “Pobeda” blokunun təsisçisi və rəhbəri Moldovadan Rusiyaya qaçmış, Rusiya pasportu almış oliqarx İlan Şordur. O, Moldovada bir milyard dollar dövlət vəsaitinin mənimsənilməsində ittiham olunur və istintaq altındadır.