Bakı. Trend:
Böyük Britaniyada 65 yaşlı təqaüdçü qadın Debora Meyson və onun ailə üzvləri bir ton çəkidə, ümumi dəyəri 100 milyon dollardan çox olan kokain satışına görə məhkəmə qarşısına çıxarılıb.
Trend "People" nəşrinə istinadla xəbər verir ki, Londonda “Qanqster nənə” və “Arıların kraliçası” ləqəbləri ilə tanınan Debora Meyson ölkənin ən böyük narkotik kartellərindən birini təşkil etdiyinə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq müəyyən edib ki, Debora Meyson bacısı, övladları, onların şərikləri və hətta qızının rəfiqəsi ilə birlikdə ölkə daxilində 7 ay ərzində kokainin topdan və pərakəndə satışı ilə məşğul olub.
Narkotiklərin topdansatış qiyməti 30 milyon dollar, pərakəndə dəyəri isə 100 milyon dollardan çox olub. Londonda aylarla aparılan müşahidələrdən sonra polis əməliyyat keçirərək şəbəkənin bütün üzvlərini həbs edib.
Məhkəmənin qərarına əsasən:
Demi Brayt (30 yaş) və Rozanna Meyson (29 yaş) – hər biri 11 il,
Lilli Brayt (26 yaş) – 13 il,
Redji Brayt (24 yaş) – 15 il,
Tina Qoldinq (66 yaş, bacısı) – 10 il,
Demi Kendall (31 yaş) – 13.5 il,
Anita Sloter (44 yaş) – 13 il müddətinə həbs cəzası alıblar.
Ümumilikdə, ailə üzvlərinə 106.5 il həbs cəzası təyin olunub. Britaniya hüquq-mühafizə orqanları bu işi ölkə ədliyyəsi tarixində ailə təşkilatlı cinayəti ilə bağlı ən iri narkotik işi adlandırıb.