...

Konqo hökuməti və M23 qruplaşması sülh sazişi imzalamağa razılaşıb

Dünya xəbərləri Materials 20 İyul 2025 04:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Konqo Demokratik Respublikası hökuməti ilə M23 silahlı qruplaşması avqustun 18-dək sülh sazişi imzalamaq barədə razılığa gəlib.

Trend xəbər verir ki, razılıq iyulun 19-da Dohada keçirilən görüş zamanı əldə olunub. Danışıqlara Qətər hökuməti vasitəçilik edib.

Qeyd edək ki, M23 qruplaşması Ruandanın dəstəyi ilə Konqo Demokratik Respublikasının Qoma şəhərini, Şimali Kivu və Cənubi Kivu əyalətlərini nəzarətə götürüb. Bu bölgələr qızıl və nadir metal yataqları ilə zəngin hesab olunur.

Xəbər lenti

Xəbər lenti