...

Avropa Komissiyası avtomobil icarəsi şirkətlərini yalnız elektromobil almağa məcbur etməyə hazırlaşır

Dünya xəbərləri Materials 20 İyul 2025 07:43 (UTC +04:00)
Avropa Komissiyası avtomobil icarəsi şirkətlərini yalnız elektromobil almağa məcbur etməyə hazırlaşır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası 2030-cu ildən etibarən “Sixt”, “Europcar” kimi avtomobil icarəsi şirkətləri və digər oxşar müəssisələri yalnız elektromobil almağa məcbur edəcək yeni qanun layihəsi hazırlayır.

Trend xəbər verir ki, bu barədə “Bild” qəzeti Aİ-dəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, layihə avtomobil bazarının təxminən 60%-nə təsir edəcək və Avropa Komissiyası bu addım vasitəsilə 2035-ci ilədək daxiliyanma mühərrikli avtomobillərin satışının tam dayandırılması planının icrasını sürətləndirməyə çalışır. Sənədin yayın sonunda təqdim ediləcəyi gözlənilir.

Lakin təşəbbüs artıq Avropa Parlamenti və sahə təmsilçiləri tərəfindən tənqid olunub. Parlamentin deputatı Markus Ferber bildirib ki, bir çox müştərilər enerji doldurma məntəqələrinin çatışmazlığı səbəbindən elektromobillərə üstünlük vermirlər. Buna görə də, avtomobil icarəsi şirkətləri elektrik avtomobil parklarını əksinə, azaltmağa başlayıb.

Onun fikrini “Sixt” şirkətinin idarə heyətinin üzvü Niko Qabriel də dəstəkləyib. O da daxiliyanma mühərriklərinə qoyulacaq qadağanı reallıqdan uzaq hesab edir və Aİ-də enerji doldurma infrastrukturunun yetərsizliyinə diqqət çəkib.

Xəbər lenti

Xəbər lenti