...

Gürcüstan-Rusiya sərhədində zəlzələ olub

Dünya xəbərləri Materials 20 İyul 2025 19:36 (UTC +04:00)
Gürcüstan-Rusiya sərhədində zəlzələ olub

Bakı. Trend:

İyulun 20-də Gürcüstan-Rusiya sərhədindən 26 kilometr aralıda İnquşetiyada 4,2 bal gücündə zəlzələ olub.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Tbilisi vaxtı ilə saat 16:20-də qeydə alınıb.

Yeraltı təkanlar Gürcüstanın sərhədboyu ərazilərində güclü, paytaxt Tbilisidə isə zəif hiss olunub.

Xəbər lenti

Xəbər lenti