...

Almaniyanın ən böyük taxta kilsəsində yanğın baş verib

Dünya xəbərləri Materials 20 İyul 2025 23:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Aşağı Saksoniya əyalətinin Klausthal-Tsellerfeld şəhərində yerləşən ölkənin ən böyük taxta kilsəsində yanğın olub.

Trend “Spiegel” qəzetinə istinadla xəbər verir ki, hadisə nəticəsində kilsənin bir hissəsi yanıb. Yanğının tam söndürülməsi bir neçə saat çəkib.

Polisin məlumatına görə, yanğının qəsdən törədilməsi ehtimalı var və bu istiqamətdə istintaq aparılır.

Evangelik-lüteran kilsəsi yanğın səbəbindən ziyarət üçün bağlıdır.

Təxminən 2 min nəfərin eyni anda ibadət edə bildiyi bu tarixi kilsə XVII əsrdə inşa olunub və Şimali Almaniyanın barokko dövrünə aid ən mühüm abidələrindən biridir. Tikintidə palıd və küknar ağaclarından istifadə olunub və bina dəfələrlə əsaslı təmir edilib.

Xəbər lenti

Xəbər lenti