Bakı. Trend:
Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) dekabr çatdırılması üzrə qızıl fyuçerslərinin qiyməti tarixi rekorda imza atıb.
Trend-in ticarət platformasındakı göstəricilərəistinadən verdiyi məlumata görə, qiymətli metalın dəyəri bir troya unsiyası üçün 3 744 dollara yüksəlib. Bu, 0,69 faiz artım deməkdir və qızılın bütün zamanların ən yüksək həddinə çatması ilə nəticələnib.
Artımın əsas səbəbi kimi ABŞ Federal Ehtiyat Sisteminin 2024-cü ilin dekabrından sonra ilk dəfə faiz dərəcəsini 4–4,25% diapazonuna endirməsi göstərilir.
Qeyd edək ki, çərşənbə axşamı qızılın qiyməti artıq 3 737,1 dollar səviyyəsinə qalxaraq əvvəlki rekordunu yeniləmişdi.