Bakı. Trend:
Çin elektron ticarət nəhəngi “JD.com” Almaniyanın elektronika lideri “Ceconomy” şirkətini, o cümlədən onun sahib olduğu “MediaMarkt” və “Saturn” mağazalar şəbəkəsini alır.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, elektronika mağazaları şəbəkəsi 2,23 milyard avro dəyərində qiymətləndirilir.
Almaniyanın Rəqabətə Nəzarət İdarəsi satınalmanı təsdiqləyib.
Bununla belə, satınalma ilə bağlı “təhlükəsizlik siyasəti aspektləri” Almaniya İqtisadiyyat Nazirliyi tərəfindən araşdırılmalıdır. Eyni zamanda, Avropa İttifaqının da birləşməni təsdiqləməsi lazım ola bilər.