Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə keçirdiyi görüşün uğurlu alındığını və iki ölkə arasında daimi sülhün bərqərar olmasına şərait yaradacağını bildirib.
Trend xəbər verir ki, bu barədə Tramp “Truth Social” platformasında paylaşım edib.
“Bu görüş davamlı sülhə və uğura gətirib çıxaracaq”, – deyə o qeyd edib.
ABŞ lideri həmçinin görüşü “Yeddilik” və ya “İyirmilik” qruplarına bənzər “İki” qrupunun məsləhətləşməsi kimi qiymətləndirib və danışıqların hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb.
Xatırladaq ki, Tramp və Si Cinpin arasında görüş oktyabrın 30-da Cənubi Koreyanın Pusan şəhərində baş tutub və bir saat 40 dəqiqə davam edib. Danışıqlar zamanı Çin lideri ticarət və iqtisadi məsələlər üzrə əsas konsensusa nail olunduğunu bildirib.
