...

Finlandiyada hotelin həyətində mikroavtobus partlayıb

Dünya xəbərləri Materials 2 Noyabr 2025 04:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiyanın şərqində yerləşən Şimal Savo bölgəsində hotelin həyətində mikroavtobusun partlaması nəticəsində iki nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə Şərqi Finlandiya Polis Departamentinin baş serjantı Toni Reynikaynen məlumat verib.

Onun sözlərinə görə, ölənlərin sayı ilə bağlı dəqiq məlumat hələlik müəyyənləşdirilməyib, lakin ilkin ehtimallara əsasən, iki nəfərdən çox deyil.

Reynikaynen bildirib ki, hadisənin cinayət hadisəsi olub-olmaması barədə araşdırmalar davam edir və bu mərhələdə bunu nə təsdiqləmək, nə də inkar etmək mümkündür.

"Yle"nin məlumatına görə, partlayan mikroavtobus oteldə çalışan işçilərə məxsus olub. Partlayışdan sonra hotelin bütün işçi heyəti və qonaqlar təhlükəsizlik məqsədilə təxliyə edilib.

Xəbər lenti

Xəbər lenti