Bakı. Trend:
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr gələn ilin payızında ilk dəfə Baltikyanı ölkələrin hava məkanının mühafizəsi missiyası çərçivəsində Estoniyaya göndəriləcək.
Trend xəbər verir ki, bu barədə Estoniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, Türkiyənin bu missiyada iştirakı Avropa Birliyi ilə əməkdaşlığın güclənməsinə və Avropanın ümumi müdafiə qabiliyyətinin artırılmasına töhfə verəcək.
