Bakı. Trend:
Meksikanın şimal-qərbindəki Hermosillo şəhərində mağazada baş verən güclü yanğın azı 22 nəfərin, o cümlədən dörd uşağın ölümünə səbəb olub.
Trend xəbər verir ki, daha 12 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara görə, yanğın partlayış nəticəsində başlayıb.
Yanğının mağazanın giriş hissəsində baş verdiyi, içəridə çoxlu sayda alıcının qaldığı bildirilir. Hadisənin səbəbləri araşdırılır, ilkin versiyalar arasında texniki nasazlıq və yanıcı materialların alışması göstərilir.
Sonora ştatının qubernatoru Alfonso Durazo həlak olanların ailələrinə başsağlığı verib, yaralılara yardım göstərilməsini tapşırıb. Hermosillo bələdiyyəsi Ölülər Günü festivalı çərçivəsində planlaşdırılan bütün mədəni tədbirləri ləğv edib.
