...

3I/ATLAS Günəşə yaxınlaşarkən hərəkət trayektoriyasını dəyişib - NASA

Dünya xəbərləri Materials 2 Noyabr 2025 08:31 (UTC +04:00)
3I/ATLAS Günəşə yaxınlaşarkən hərəkət trayektoriyasını dəyişib - NASA
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ulduzlararası obyekt 3I/ATLAS Günəşə yaxınlaşdığı zaman trayektoriyasını dəyişdirərək qeyri-qravitasiya sürətlənməsinin ilk sübutunu nümayiş etdirib.

Trend xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının 31 oktyabr tarixində dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, Günəşdən radial istiqamətdə təcil gündə 135 kvadrat kilometrə (təxminən 9×10⁻⁷ AU), eninə təcil isə gündə 60 kvadrat kilometrə (4×10⁻⁷ AU) bərabər olub.

Harvard Universitetinin astrofiziki Avi Leb qeyd edib ki, bu sürətlənmə kosmik obyektə təsir edən naməlum qüvvənin nəticəsi ola bilər.

“Belə böyük kütlə itkisi 2025-ci ilin noyabr-dekabr aylarında 3I/ATLAS ətrafında böyük bir qaz şleyfi şəklində müşahidə oluna bilər”, – alim vurğulayıb.

Xəbər lenti

Xəbər lenti