Bakı. Trend:
Davam edən hökumətin bağlanması ABŞ-nin nüvə arsenalının modernləşdirilməsi prosesini təhlükə altına qoyur.
Trend xəbər verir ki, bunu energetika naziri Kris Rayt “Fox News” telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Energetika Nazirliyi bu sahədə podratçılara ödəniş edə bilmədiyi üçün layihələrin həyata keçirilməsi dayanmaq riski ilə üzləşib.
“Departamentimizin işinin bir hissəsi ABŞ-nin nüvə arsenalının inkişafı, dizaynı və texniki xidmətidir. Hal-hazırda sistemlər saz vəziyyətdədir, lakin modernləşdirmə işlərinə bizim idarə cavabdehdir. Bağlanma səbəbindən podratçılar məzuniyyətə göndərilmək üzrədir”, – Rayt vurğulayıb.
O əlavə edib ki, bu vəziyyət onilliklərdir Amerika silah sistemləri üzərində çalışan mütəxəssisləri işsiz və təzminatsız qoya bilər. “Nüvə infrastrukturunun modernləşdirilməsi prosesinə risk etməmək üçün daha sağlam düşüncəli demokratların dəstəyinə ehtiyacımız var”, – deyə nazir bildirib.
