...

Nevada səhrasında 315 nəfərə aid kül qalıqları tapılıb

Dünya xəbərləri Materials 2 Noyabr 2025 09:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Nevada səhrasında 315 nəfərin yandırılmış meyitlərinin külləri aşkar edilib.

Trend xəbər verir ki, kütləvi insan qalıqları Serçlayt şəhəri yaxınlığında tapılıb.

Küllərin yanında heç bir nişanə və ya sənəd tapılmayıb, bu da ölənlərin şəxsiyyətinin müəyyən edilməsini demək olar ki, mümkünsüz edib. Ərazidə kül torbalarını bağlamaq üçün istifadə edilən məftil qırıntıları və qab parçaları da aşkarlanıb.

Ekspertiza küllərin həqiqətən insanlara məxsus olduğunu təsdiqləyib. Faktla bağlı istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti