...

Nadir “Mellon Blue” almazı Cenevrədə 25,6 milyon dollara satılıb

Dünya xəbərləri Materials 12 Noyabr 2025 02:57 (UTC +04:00)
Nadir “Mellon Blue” almazı Cenevrədə 25,6 milyon dollara satılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əvvəllər amerikalı xeyriyyəçi və ABŞ-nin keçmiş birinci xanımı Jaklin Kennedinin yaxın dostu Reyçel Mellona məxsus olan nadir 9,51 karatlıq “Mellon Blue” almazı Cenevrədə 20,5 milyon İsveçrə frankına (25,6 milyon dollar) satılıb.

Trend xəbər verir ki, bu barədə “Christie’s” hərrac evi məlumat yayıb.

Hərrac evinin açıqlamasına görə, “Mellon Blue” almazının zəngin rəngi onu nadir parlaq brilyant kateqoriyasına daxil edir və bu, bütün mavi brilyantların 1 faizindən azını təşkil edir. Daş daxili qüsurlardan tam azaddır.

Cenevrədəki “Christie’s” hərrac evinin zərgərlik şöbəsinin müdiri Maks Fosettanın sözlərinə görə, bu daş “bazarda indiyə qədər görünən ən gözəl rəngli daşlardan biri” hesab olunur.

Almaz 2014-cü ildə Reyçel Mellonun ölümündən sonra ilk dəfə hərraca çıxarılıb və o zaman rekord məbləğə – 32,6 milyon dollara satılmışdı. Yeni sahibi onun şəffaflığını artırmaq üçün bərpa işləri aparıb. Nəticədə, daş ilkin çəkisi 9,75 karatdan 9,51 karata enib və kulondan üzüyə çevrilib.

Xəbər lenti

Xəbər lenti