...

Maduro Venesuelada kompleks milli müdafiə komandanlıqlarının yaradılmasına dair qanunu imzalayıb

Dünya xəbərləri Materials 12 Noyabr 2025 07:45 (UTC +04:00)
Maduro Venesuelada kompleks milli müdafiə komandanlıqlarının yaradılmasına dair qanunu imzalayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Venesuela Prezidenti Nikolas Maduro parlament tərəfindən qəbul edilmiş “Kompleks milli müdafiə komandanlığı haqqında” qanunu imzalayıb.

Trend xəbər verir ki, bu barədə dövlət başçısı "Venezolana de Televisión" telekanalında çıxışı zamanı məlumat verib.

Maduronun sözlərinə görə, qanun ölkə konstitusiyasına əsasən, milli səviyyədə, eləcə də hər bir ştat və respublikanın 335 bələdiyyəsində kompleks müdafiə komandanlıqlarının yaradılmasını nəzərdə tutur.

Yeni komandanlığın əsas vəzifəsi Milli Bolivar Silahlı Qüvvələrinin hər cür şəraitdə fəaliyyətə hazır olmasını təmin etmək olacaq.

Xəbər lenti

Xəbər lenti