...

Kiprdə güclü zəlzələ olub

Dünya xəbərləri Materials 12 Noyabr 2025 14:16 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kiprdə 5,2 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına əsasən, zəlzələ yerli vaxtla 11:31-də (Bakı vaxtı ilə 13:31-də) qeydə alınıb.

Zəlzələnin episentri 200 minə yaxın əhalisi olan Limasol şəhərindən 48 kilometr qərbdə baş verib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti