...

ABŞ Energetika Nazirliyi "Brent" markalı neftin qiymət proqnozunu 68,76 dollara yüksəldib

Dünya xəbərləri Materials 12 Noyabr 2025 22:33 (UTC +04:00)
ABŞ Energetika Nazirliyi "Brent" markalı neftin qiymət proqnozunu 68,76 dollara yüksəldib

Bakı. Trend:

ABŞ Energetika Nazirliyi 2025-ci il üçün “Brent” markalı neftin orta qiyməti ilə bağlı proqnozunu 0,17% artıraraq bir barel üçün 68,64 dollardan 68,76 dollara yüksəldib.

Trend xəbər verir ki, bu məlumat Nazirliyin Enerji Məlumatları İdarəsinin hesabatında yer alıb.

Eyni zamanda, proqnoza əsasən, 2026-cı ilin ilk rübündə dünya üzrə neft ehtiyatlarının artması səbəbindən “Brent” markalı neftin qiymətinin bir barel üçün 54 dollara qədər enəcəyi gözlənilir.

Bundan əlavə, Nazirlik hesab edir ki, “OPEC+” ölkələrinin hasilatı dünya neft ehtiyatlarının əhəmiyyətli artımı fonunda hədəf səviyyələrindən orta hesabla gündə 1,3 milyon barel az olacaq.

Xəbər lenti

Xəbər lenti