...

Fransada pensiya islahatının icrasını 2027-ci ilə qədər dayandırmaq barədə qərar qəbul edilib

Dünya xəbərləri Materials 13 Noyabr 2025 01:36 (UTC +04:00)
Fransada pensiya islahatının icrasını 2027-ci ilə qədər dayandırmaq barədə qərar qəbul edilib

Bakı. Trend:

Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) ölkədə kütləvi etirazlara səbəb olmuş pensiya islahatının icrasını 2027-ci ilə qədər dayandırmaq barədə qərar qəbul edib.

Trend xəbər verir ki, bu qərar parlamentdə keçirilən səsvermənin nəticələrinə əsasən qəbul olunub.

Assambleyanın spikeri Yael Braun-Pive iclas zamanı “Düzəliş qəbul edildi” deyə bəyan edib. Layihənin lehinə 255 deputat, əleyhinə isə 146 deputat səs verib. Ümumilikdə 505 deputat səsvermədə iştirak edib, onlardan 104-ü bitərəf qalıb. Bununla da Fransa müvəqqəti olaraq pensiya yaşını artırmaqdan imtina edən ilk ölkə olub.

Qeyd edək ki, bundan əvvəl müdafiə naziri Sebastyen Lekornunun hökuməti Sosialist Partiyasının təklifinə razılıq verərək, 2023-cü ildə qəbul edilmiş və pensiya yaşını 62-dən 64-ə qaldıran islahatın dayandırılması ilə bağlı düzəlişi parlamentin səsverməsinə çıxarıb. Sosialistlər isə cavab olaraq hökumətə qarşı etimadsızlıq qətnaməsini dəstəkləməyiblər ki, bu da Lekornu kabinetinin hakimiyyətdə qalmasına şərait yaradıb.

Xəbər lenti

Xəbər lenti