Bakı. Trend:
Suriyanın Əs-Süveydə vilayətinin cənubundakı silahlı qruplaşmalar ardıcıl üçüncü gün atəşkəsi pozub, təhlükəsizlik qüvvələri hücumları dəf edib.
Trend-in məlumatına görə, bu barədə vilayətin daxili təhlükəsizlik qüvvələrinin komandanlığı "Əl-İxbariyyə" telekanalına məlumat verib.
"Əs-Süveydədəki üsyançı qruplar ardıcıl üçüncü gündür atəşkəsi pozaraq vilayətdə atəş açıblar və nəticədə təhlükəsizlik qüvvələri xəsarət alıblar", - deyə bildirilib.
Suriya təhlükəsizlik qüvvələri qruplaşma üzvlərinin müxtəlif istiqamətlərdən irəliləmək cəhdlərinin qarşısını alıblar.