Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə baş katibinin müavini və Təcili Yardım Koordinatori Tom Fleçer Sudanda davam edən silahlı qarşıdurmaları “amansız və insanlıqdan kənar” adlandırıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, həftəlik səfər çərçivəsində ölkədə vəziyyəti yerində qiymətləndirən Fleçer münaqişədə sağ qala bilən insanlar xüsusi müdafiəyə və fasiləsiz humanitar yardıma ehtiyac duyduyuğunu bildirib.
Qeyd edək ki, Sudan 15 aprel 2023-cü ildən bəri ordu ilə xarici dəstəkli Çevik Dəstək Qüvvələri arasında şiddətli döyüşlərin mərkəzinə çevrilib.
Ölkənin qərbində yerləşən və strateji əhəmiyyət daşıyan Faşir şəhəri son döyüşlərdən sonra əsasən ÇDQ-nin nəzarətinə keçib. Minlərlə insan döyüş zonasını tərk etməyə məcbur olub.