Bakı. Trend:
Ukrayna hökuməti faylların virtual məkanda saxlanılmasını təmin edən “Yandex Cloud” bulud platformasını bloklayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Mədəniyyət Nazirliyi nəzdində Strateji Kommunikasiyalar Mərkəzi məlumat yayıb.
“Rusiyayönümlü resursların yerləşdirilməsi üçün istifadə olunan “Yandex Cloud” IP-ünvanına girişi blokladıq”, -deyə məlumatda qeyd olunur.
Bulud platforması ilə yanaşı Kiyevin eyni zamanda 120 Rusiya və xarici saytı, eləcə də platformaya girişi məhdudlaşdırdığı bildirilir. Onların arasında Rusiya nəşrləri satan onlayn kitab mağazaları da yer alır.
