Bakı. Trend:
İran Hörmüz boğazından keçən Marşal adalarının bayrağı altında üzən neft tankerini saxlayıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Birləşmiş Ştatlardan olan mənbəyə istinadən verdiyi məlumata görə, “Talara” adlı gəmi Birləşmiş Ərəb Əmirliklərinin Acman limanından Sinqapura gedərkən İran qüvvələri tərəfindən dayandırılıb və İranın ərazi sularına yönləndirilib.
İlkin məlumatlara görə, gəmi yüksək kükürdlü dizel yanacağı daşıyıb.
