Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri ölkə liderini nüvə sınaqlarını bərpa etmək niyyətindən çəkindirmək üçün Ağ Ev nümayəndələri ilə görüş keçirməyi planlaşdırırlar.
Trend-in CNN-ə istinadən verdiyi məlumata görə, ABŞ energetika katibi Kris Rayt, Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) rəhbəri Brandon Uilyams və nüvə laboratoriyalarının nümayəndələri Ağ Evdə nüvə başlıqlarının real şəraitdə partladılmasının niyə qeyri‑praktik olduğunu sübut edən arqumentlər təqdim edəcəklər.
Məlumata əsasən, NNSA və DOE rəsmiləri Ağ Evə nüvə başlıqlarının partladılmasını nəzərdə tutmayan alternativ plan hazırlamağı tövsiyə etməyə çalışacaqlar.
Donald Tramp bundan əvvəl Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etmək barədə göstəriş verdiyini bildirmiş və bunu bəzi digər ölkələrin artıq belə sınaqlara qayıtması ilə əsaslandırmışdı.
