İran Hörmüz boğazına nəzarətdən imtina etməyəcək - KİV

Dünya xəbərləri Materials 24 May 2026 04:22 (UTC +04:00)
İran Hörmüz boğazına nəzarətdən imtina etməyəcək - KİV

Bakı. Trend:

İran ABŞ prezidenti Donald Trampın sülh razılaşmasının Hörmüz boğazının tam açılmasını da əhatə edəcəyi barədə iddiasını təkzib edib.

Trend-in məlumatına görə, bu barədə "Fars" agentliyi xəbər verib.

"Mümkün razılaşma halında, Hörmüz boğazı hələ də İranın nəzarəti altında qalacaq", - deyə bildirilib. Qeyd edilib ki,Tramp tərəfindən təqdim edilən razılaşmanın təfərrüatlarının "natamam və reallığa uyğunsuz" olduğu bildirilib.

Bildirilib ki, İran gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qayıtmasına icazə verməyə razı olsa da, "bu, heç bir şəkildə müharibədən əvvəlki kimi sərbəst keçid demək deyil".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti