Bakı. Trend:
Filippinin Anceles şəhərində tikilməkdə olan onmərtəbəli binanın uçması nəticəsində 40 nəfər dağıntılar altında qalıb.
Trend-in məlumatına görə, bu barədə "GMA News" televiziya kanalı xəbər verib.
Yerli hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatı barədə məlumat verib. Hadisə yerindən təxminən 10 nəfər qaça bilib. Şəhərin mətbuat katibi Cey Pelayonun sözlərinə görə, "dağıntılar altında təxminən 30-40 tikinti işçisi ola bilər".