Axalkalaki–Qars dəmir yolu istifadəyə verilib - Paşinyan

Dünya xəbərləri Materials 24 May 2026 10:03 (UTC +04:00)
Axalkalaki–Qars dəmir yolu istifadəyə verilib - Paşinyan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan Axalkalaki–Qars dəmir yolunun istifadəyə verildiyini açıqlayıb.

Trend xəbər verir ki, Paşinyan bu barədə “Facebook” hesabında paylaşım edib.

O, Axalkalaki–Qars dəmir yolunun, eləcə də Azərbaycan dəmir yolu şəbəkəsinin bundan sonra Ermənistan üçün idxal və ixrac məqsədilə açıq olduğunu bildirib. Paşinyan bunun ölkənin iqtisadi həyatı üçün mühüm hadisə olduğunu qeyd edib.

Baş nazirin sözlərinə görə, hazırda Ermənistan Gürcüstan və Azərbaycan əraziləri vasitəsilə Rusiya ilə, həmçinin Rusiya və Qazaxıstan üzərindən Çinlə dəmir yolu əlaqələrinə malikdir. Yeni açılan marşrut isə bu şəbəkəni genişləndirərək, Avropa İttifaqı ilə əlaqə yaradan və Gürcüstan və Türkiyə üzərindən keçən istiqaməti də əlavə edir.

Paşinyan əlavə edib ki, yaxın perspektivdə Ermənistan–Türkiyə, Ermənistan–Azərbaycan və daha sonra Naxçıvan vasitəsilə Ermənistan–İran birbaşa dəmir yolu əlaqələrinin də istifadəyə verilməsi gözlənilir.

"TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə biz bu hadisələrin şahidi olacağıq", - Paşinyan vurğulayıb.

Xəbər lenti

Xəbər lenti