İranla saziş hələ tam razılaşdırılmayıb - Tramp

Dünya xəbərləri Materials 24 May 2026 23:36 (UTC +04:00)
İranla saziş hələ tam razılaşdırılmayıb - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranla saziş hələ tam şəkildə razılaşdırılmayıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Əgər mən İranla saziş bağlasam, bu, [ABŞ-nin 44-cü Prezidenti Barak] Obamanın bağladığı kimi olmayacaq, yaxşı və düzgün saziş olacaq. Obama İrana böyük məbləğdə nağd vəsait vermiş və ona nüvə silahı əldə etmək yolu açmışdı", - deyə ABŞ prezidenti bildirib.

"Bizim razılaşmamız bunun tam əksidir, amma heç kim onu ​​görməyib, heç kim onun nə olduğunu bilmir. Hələ ki, tam şəkildə razılaşdırılmayıb. Ona görə də haqqında heç nə bilmədikləri mövzuları tənqid edən uğursuz adamlara qulaq asmayın. Məndən əvvəl olub bu problemi illər əvvəl həll etməli olanlardan fərqli olaraq, mən pis sazişlər bağlamıram", - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti