Bakı. Trend:
Böyük Britaniya və Fransa bütün NATO üzv dövlətlərinin Ukraynaya hərbi yardım üçün ÜDM-nin 0,25%-ni xərcləməsi təklifini rədd ediblər.
Trend-in məlumatına görə, bu barədə "The Telegraph" qəzeti mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və Kanada Kiyevə dəstəyin artırılması ilə bağlı müttəfiq müzakirələri zamanı bu ideya qaldırıldıqda, bu ideyanı blokladılar.
Qeyd olunub ki, İsveçdə keçirilən NATO xarici işlər nazirlərinin görüşündə nazirlər alyansın baş katibi Mark Ruttenin fikrincə, Ukraynaya dəstəyin konkret nümayişi nə olmalıdır məsələsini müzakirə etməyə başlayıblar.
Lakin Rutte etiraf edib ki, onun planı kifayət qədər dəstək almadığı üçün həyata keçirilməyəcək. O, müxbirlərə rəqiblərinin adını çəkmədən deyib: "Düşünmürəm ki, bu təklif qəbul edilsin".