"OpenAI" IPO-ya hazırlıq çərçivəsində ABŞ tənzimləyicisinə müraciət edib

Dünya xəbərləri Materials 9 İyun 2026 07:50 (UTC +04:00)
"OpenAI" IPO-ya hazırlıq çərçivəsində ABŞ tənzimləyicisinə müraciət edib

Bakı. Trend:

"ChatGPT" platformasının yaradıcısı olan "OpenAI" şirkəti səhmlərinin ilkin kütləvi təklifini (IPO) həyata keçirmək məqsədilə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) məxfi qaydada müraciət göndərib.

Trend xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

Bildirilib ki, müraciət iyunun 8-də təqdim olunub. Bununla belə, sənədlərdə şirkətin fond bazarına çıxacağı tarix barədə konkret məlumat yer almayıb.

"OpenAI"nin açıqlamasında qeyd olunub ki, şirkət hazırda açıq səhmdar cəmiyyətə çevrilməzdən əvvəl özəl statusda qalaraq həyata keçirilməsi daha əlverişli olan bir sıra mühüm vəzifələri başa çatdırmaq niyyətindədir.

Beləliklə, "OpenAI" IPO üçün müraciət edən texnologiya şirkətlərinin sırasına qoşulub. Bundan əvvəl "SpaceX" və süni intellekt sahəsində fəaliyyət göstərən "Anthropic" də oxşar addımlar atmışdı.

Mütəxəssislərin hesablamalarına əsasən, bu ilin mart ayının sonuna olan vəziyyətə görə, "OpenAI"nin bazar dəyəri təxminən 852 milyard ABŞ dolları həcmində qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti