ABŞ-yə məxsus hərbi helikopter Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb

Dünya xəbərləri Materials 9 İyun 2026 08:55 (UTC +04:00)
ABŞ-yə məxsus hərbi helikopter Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələrinin istifadəsində olan “AH-64 Apache” tipli döyüş helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə “Reuters” agentliyi xəbər yayıb.

Bildirilir ki, helikopterin göyərtəsində olan iki hərbçi xilas edilib və onların sağ olduğu qeyd olunur. Qəzanın hansı səbəbdən baş verdiyi isə hələ müəyyənləşdirilməyib.

İlkin mərhələdə helikopterin texniki nasazlıq nəticəsində qəzaya uğraması, xarici müdaxilə ilə üzləşməsi və ya digər amillərin hadisəyə səbəb olması ehtimalları araşdırılır. ABŞ rəsmiləri insidentlə bağlı əlavə məlumat verməyiblər.

Xəbər lenti

Xəbər lenti