Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 13 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 9 İyun 2026 11:48 (UTC +04:00)
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 13 nəfər saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyədə İstanbul Baş polis idarəsinin Terrorla Mübarizə və Kəşfiyyat şöbələrinin əməkdaşları, İŞİD terror təşkilatının fəaliyyətinin qarşısının alınması və ifşa edilməsi məqsədilə İstanbul Respublika Baş Prokurorluğu ilə əlaqələndirilmiş şəkildə əməliyyat tədbirləri həyata keçiriblər.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Bu çərçivədə terror təşkilatı ilə əlaqəli fəaliyyət göstərən və sosial media kanalları vasitəsilə təbliğat aparan şübhəlilərin şəxsiyyətləri və ünvanları müəyyən edilib.

Müəyyən edilmiş ünvanlarda keçirilən əməliyyat nəticəsində 13 şübhəli saxlanılıb.

Şübhəlilər prosessual hərəkətlərin aparılması üçün polis idarəsinə aparılıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti