Paşinyan partiyasını Avropa İttifaqının əsas partiyasına inteqrasiya etmək istəyir

Dünya xəbərləri Materials 9 İyun 2026 11:59 (UTC +04:00)
Paşinyan partiyasını Avropa İttifaqının əsas partiyasına inteqrasiya etmək istəyir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Vətəndaş Müqaviləsi” partiyasının Avropa İttifaqının aparıcı transmilli siyasi partiyası olan Avropa Xalq Partiyasının (AXP) tərkibinə daxil olması ilə bağlı danışıqlar aparır.

Trend xəbər verir ki, bu barədə “Euractiv” yazır.

Məlumata görə, hələlik nə rəsmi qərar qəbul edilib, nə də dəqiq müddətlər təsdiqlənib.

Bununla belə, Paşinyan artıq bu istiqamətdə marağını ifadə edib və ümumavropa siyasi birliyinin “Vətəndaş Müqaviləsi”nin üzvlüyünü 2026-cı ilin sonlarında təsdiqləyə biləcəyi bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti