ABŞ aviadaşıyıcısının dənizçisi qətlə yetirilib

Dünya xəbərləri Materials 9 İyun 2026 14:02 (UTC +04:00)
ABŞ aviadaşıyıcısının dənizçisi qətlə yetirilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin Virciniya ştatının Nyuport-Nyus gəmiqayırma zavodunda inşası davam edən “John F. Kennedy” aviadaşıyıcısının bir dənizçisi ötən həftəsonu tərsanədə qətlə yetirilib.

Trend xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun xəbər portalı məlumat yayıb.

Hadisə ilə bağlı odlu silahdan istifadə ilə əlaqədar insident” çərçivəsində digər bir dənizçi saxlanılıb, lakin ona hələ ittiham irəli sürülməyib. Hərbi qulluqçunun ölümünün səbəbləri üzrə araşdırma davam edir. Məlumata görə, həlak olan hərbçi 2025-ci ilin mart ayından etibarən həmin aviadaşıyıcıda xidmət edirdi.

Məlumata görə, aviadaşıyıcı hələ tam inşa olunmasa da, 2019-cu ildə gəminin heyətinin ən azı 43 dənizçidən ibarət olduğu bildirilmişdi. “John F. Kennedy”nin inşasına 2015-ci ildə başlanılıb. Gəminin 2025-ci ildə istismara verilməsi planlaşdırılsa da, müddət 2027-ci ilin martına qədər uzadılıb. 2026-cı ilin əvvəlindən etibarən gəmi dəniz sınaqlarından keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti